FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov qrup lideri ilə qarşılaşacaq
- 24-03-2022, 15:00
- İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
“Report”un məlumatına görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster III turda ağ fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gələcək.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə qarşılaşacaq. Məmmədyarov ilk turda Kaymerlə, ardınca Dubovla heç-heçə edib. Hazırda Dominges 1,5 xalla qrupun lideridir. Məmmədyarov və Kaymerin 1, Dubovun 0,5 xalı var.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.