“The FTX Crypto Cup”: Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin 1/4 final oyunları keçirilib.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov 4 partiyadan ibarət birinci matçda Niderland təmsilçisi Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib.
1/4 final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanıb.
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşması isə heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.