Teymur Rəcəbov ABŞ təmsilçisi ilə mübarizə aparacaq
- 3-07-2022, 18:00
- İdman
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən turlarda 6 xal toplayıb. O, bu nəticə ilə 4-cü sırada qərarlaşıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.