Məmmədyarov yarımfinalda məğlub oldu
Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarovun rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olub.
Sona qədərə mübarizə aparan, amma "Armagedon"da məğlub olan həmyerlimiz finala yüksələ bilməyib.
Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsen Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyanı məğlub edərək adını finala yazdırıb.
Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.
Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.