“Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı
Çinin paytaxtı Pekində keçirilən 13-cü Qış Paralimpiya Oyunları başa çatıb.
"Azadsəs.az" xəbər verir ki, martın 4-də başlayan “Pekin-2022” Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub. Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar. Qış Paralimpiya Oyunlarını ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü sırada bitirib. Ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar. Paralimpiya Oyunları tarixində ilk dəfə bir Asiya ölkəsi medal sıralamasına görə qalib olur.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların bir neçəsi və “Olimpiya kəndləri” uyğunlaşdırılaraq Paralimpiya Oyunlarında da istifadə olunub.
Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.