Azərbaycan üçün Paralimpiya Oyunları başa çatdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın son iki idmançısı mübarizə aparıb.
Oxu.Az-ın xəbərinə görə, güllə atıcılığında (P4 kateqoriyası) 50 metr məsafəyə yarışda kişi və qadınların qarışıq mübarizəsi baş tutub.
Burada 34 iştirakçı arasında Azərbaycandan Yelena Taranova və Kamran Zeynalov mübarizə aparıb. Kamran 518 xalla 20-ci, Yelena Taranova 503 xalla 29-cu olub. Onlar ilk səkkiz idmançı arasına düşə bilmədiyindən, finala çıxa bilməyiblər.
Beləliklə, Azərbaycanın 34 idmançısının iştirak etdiyi Tokio Yay Paralimpiya Oyunları ölkəmiz üçün başa çatıb. Paralimpiya komandamız Olimpiya komandamızdan fərqli olaraq, Yaponiyanın paytaxtında uğurlu çıxış edərək 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Hazırda Azərbaycan bu nəticə ilə medal sıralamasında 9-cu sırada qərarlaşıb.
Səbuhi Musayev