azadses.az » Dünya » “Pekin-2022” başa çatdı

“Pekin-2022” başa çatdı

Çində keçirilən 24-cü Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb.

“Azadsəs.az” xəbər verir ki, fevralın 20-də - Olimpiya Oyunlarının sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəkçiliyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib.


“Pekin-2022” Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların sayına görə Qış Olimpiya oyunlarının tarixində yeni rekorda imza atıb. İndiyədək bir “Ağ Olimpiada”da heç bir komanda bu qədər çempionluq yaşamayıb. Norveç bütün Qış Olimpiya Oyunları tarixində həm ən çox qızıl, həm də ən çox medal qazanan ölkədir.

İkinci yeri 12 qızıl, 10 gümüş və 5 bürünc medalla Almaniya tutub. Ev sahibi – Çin komandasının aktivində 9 qızıl, 4 gümüş və 2 bürünc medal var. Çin idmançıları indiyədək heç bir Qış Olimpiya Oyunlarında bu cür yüksək nəticə göstərməyiblər.

Fevralın 4-də başlayan “Pekin-2022” Qış Olimpiya Oyunlarında 29 ölkənin atletləri idmanın 15 növü üzrə 109 medal qazanıblar. Yarışlar Pekində və yaxınlıqdakı Canciakou şəhərindəki 13 arenada təşkil olunub. Çin paytaxtı həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər kimi tarixə düşüb. “Pekin-2008” Yay Olimpiya Oyunlarında istifadə olunmuş 5 idman arenasında Qış Olimpiya Oyunlarının yarış və tədbirləri keçirilib. Pekindəki məşhur “Quş yuvası” stadionu isə idman tarixinə hər iki Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi məkan kimi düşəcək.

“Pekin-2022” həm də COVID-19 pandemiyası dövründə keçirilən ikinci Olimpiya Oyunları olub. Bu səbəbdən Olimpiya Oyunlarında bəzi məhdudiyyət və qadağalar tətbiq olunub. Belə ki, Olimpiya Oyunları üçün xaricdən tamaşaçı qəbul edilməyib, yerli tamaşaçılara isə bilet satılmayıb. Məhdud sayda yerli tamaşaçı isə dəvətnamə əsasında arenalarda yarışları izləyib. Bundan başqa, yanvarın 23-dən etibarən “qapalı sistem” tətbiq olunub. Xaricdən gələn idmançıların və heyət üzvlərinin, habelə yarışlara cəlb olunan yerli heyətin “Olimpiya kəndləri” və yarış məkanlarından kənara çıxmasına icazə verilməyib. Yanvarın 23-dən bəri xaricdən Olimpiya Oyunları üçün Çinə 13 min 654 nəfər, o cümlədən 6 min 198 idmançı və komanda üzvü gəlib. Həmin gündən indiyədək “Pekin-2022” ilə əlaqədar 1 milyon 794 min PZR (polimerazalı zəncir reaksiyası) analizi götürülüb. Nəticədə 437 nəfərin, o cümlədən 185 idmançı və komanda üzvünün COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.
Qeyd edək ki, 91 ölkədən 2800-dən çox idmançının iştirak etdiyi “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil ediblər. Vladimir Litvintsev kişilərin fərdi yarışını 18-ci, Yekaterina Ryabova isə qadınların fərdi yarışını 15-ci sırada bitirib.

Olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Növbəti Qış Olimpiya Oyunları 2026-cı ildə İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı