UEFA “Milan”ı və İbrahimoviçi cərimələdi
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviçi cərimələyib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun “Bethard” bukmeker kontoru ilə əlaqəsinə görə 50 min avro məbləğində cərimələndiyi bildirilib. Ondan mövcud əlaqəni dərhal kəsməsi tələb olunub.
Həmçinin, UEFA oyunçusunun bukmeker kontoru ilə əlaqəsinə görə “Milan” klubunun da 25 min avro cərimə ödəyəcəyini bildirib.
Qeyd edək ki, 40 yaşlı hüçumçu hələ 2018-ci ildə ona məxsus “Unknown AB” şirkəti vasitəsilə “Bethard” bukmeker kontorunda pay əldə edib.