Silvio Berluskoni xəstəxanaya yerləşdirildi
- 4-09-2020, 13:08
- Dünya
Koronavirusa yoluxan İtaliyanın keçmiş baş naziri və "Milan" klubunun sabiq prezidenti Silvio Berluskoni xəstəxanaya aparılıb.
"Report" "La Repubblica"ya istinadən xəbər verir ki, 83 yaşlı siyasətçi həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun durumu normal qiymətləndirilir.
Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə “Milan”ın sahibi olub. Onun dövründə klub 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. Funksioner klubu 2017-ci ildə 860 milyon dollara çinli investorlara satıb.