Millimizin futbolçusu COVID-19-dan sağaldı və Vətənə döndü
- 27-11-2020, 13:25
- İdman
Millimizin və “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə koronavirusdan sağalıb.
UEFA Millətlər Liqasının Xorvatiyada Monteneqro ilə oyunu ərəfəsində COVID-19-a yoluxan Təmkinin verdiyi növbəti testin nəticəsi neqativ çıxıb.
Bu üzdən futbolçu Xorvatiyadakı hoteli tərk edib və Azərbaycana qayıdıb.
Qeyd edək ki, millimizin daha iki futbolçusu, “Qarabağ” klubunun üzvləri – Rahil Məmmədovla Maksim Medvedev hələ də sağalmayıblar. Onlar müvafiq olaraq Xorvatiya və Lüksemburqdakı hoteldə müalicə alırlar.Oxu.az