2021-ci ilin atıcılıq üzrə son yarışı Bakıya salındı
- 4-09-2020, 08:44
- İdman
Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) 2021 - 2024-cü illərdə keçiriləcək dünya çempionatlarının məkanlarını və 2021-ci ilin yarış təqvimini təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə ISSF İcraiyyə Komitəsinin iclasında qəbul olub. Gələn il Bakıya stend və güllə atıcılığı (tüfəng və tapanca) üzrə Dünya Kuboku həvalə edilib. Yarışın oktyabrın ikinci yarısında keçirilməsi planlaşdırılır.
Dünya Kubokunda atıcılığın olimpiya növləri üzrə 12 ən yaxşı idmançının iştirakı planlaşdırılır. Bu, gələn ilin son yarışı olacaq.
Qeyd edək ki, bu il 22 iyun - 3 iyulda Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku koronavirus pandemiyası üzündən ləğv olunub.