Kollecdə yanğın - ölü sayı 10-a çatıb
- 8-12-2019, 14:49
- Hadisə
Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır
Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğında ölənlərin sayı 10-a çatıb.
Azadsəs-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.
Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır.
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib. Ölkə ərazisində bütün dövlət bayraqları endirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də baş vermiş yanğın zamanı kollecin tavanı uçmuşdu.