Главная > Hadisə > Kollecdə yanğın - ölü sayı 10-a çatıb

Kollecdə yanğın - ölü sayı 10-a çatıb


8-12-2019, 14:49. Разместил: azadses
Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır
Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğında ölənlərin sayı 10-a çatıb. 
Azadsəs-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.
Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır. 
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib. Ölkə ərazisində bütün dövlət bayraqları endirilib. 
Faktla bağlı araşdırma davam etdirilir. 
Xatırladaq ki, dekabrın 4-də baş vermiş yanğın zamanı kollecin tavanı uçmuşdu. 


Вернуться назад