Göyçayda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb
- 8-02-2024, 13:00
- Hadisə
Göyçay rayonunda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.
"Report" xəbər verir ki, rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.