Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb
![](/uploads/posts/2022-10/medium/1664690013_fotojet-2022-10-02t091747_076.jpg)
“Report”un məlumatına görə, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.
Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.