Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız öldü
- 15-03-2023, 10:17
- Hadisə
Martın 5-i Göyçay rayonunun Kürdəmiş kəndində dəm qazından zəhərlənən yeniyetmə qız Bakıdakı xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 2009-cu il təvəllüdlü Zahidə Samir qızı Məmmədzadə tibbi müdaxilələrə baxmayaraq, martın 14-də dünyasını dəyişib.
Ətraflı
Qeyd edək ki, Z.Məmmədzadə yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib, ailə üzvləri onu huşsuz halda tapıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.