Bakıda 3 yaşlı uşaq xəstəxanada öldü
- 29-12-2019, 12:06
- Hadisə
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Bakıda azyaşlı xəstəxanada ölüb.
Azadsəs-in məlumatına görə, hadisə A.F. Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Dekabrın 28-də Binəqədi rayon, Mədən 1, korpus 30 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Həmzəyev Ümid Sarif oğlu xəstəxanaya yerləşdirilib və həmin tarixdə orada ölüb.
Azyaşlının meyitinin ilkin müayinə zamanı Ü.Həmzəyevdə baş-beyin ödemi aşkarlanıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.