Tovuzda naməlum əşya partladı: Xəsarət alanlar var
- 22-01-2023, 18:19
- Hadisə
![Tovuzda naməlum əşya partladı: Xəsarət alanlar var](/uploads/posts/2023-01/fotojet-2022-10-23t093014_892-1.jpg)
Tovuz rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Roza Tağıyeva və 1992-ci il təvəllüdlü Esmira Tagiyeva yaşadıqları evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.
Onlar qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.