Tovuzda azyaşlılar bit əleyhinə dərmandan zəhərləndilər
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.
Dondar Quşcu kənd sakinləri - 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu və 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Azyaşlılara tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, azyaşlı qardaşlar valideynin səhlənkarlığından bit əleyhinə dərmanı içərək zəhərləniblər.