Şəmkirdə yeniyetmə oğlan bıçaqlandı
- 28-12-2022, 12:00
- Hadisə
![Şəmkirdə yeniyetmə oğlan bıçaqlandı](/uploads/posts/2022-12/1672205582_bicaqlanmaa.jpg)
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, yeniyetmə kənddə bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.