Ana təzə doğulan körpəni 8-ci mərtəbədən atdı
- 22-11-2019, 10:55
- Hadisə
Çağa yerindəcə ölüb
Ana öz doğma övladını eyvandan atdı. Hadisə Rusiyada, Vladivostok şəhərində baş verib.
Adı açıqlanmayan qadın yenicə doğulan körpəsini yaşadığı mənzilin eyvanından atıb. 8-ci mərtəbədən düşən körpə yerindəcə ölüb. Körpənin meyiti Casovitina küçəsi yaxınlığında tapılıb.
Cinayət şübhəlisi kimi 37 yaşlı qadın həbs edilib. Onun nə üçün bu əməli törətdiyi açıqlanmır.
Xatırladaq ki, bənzər hadisə Rusiyada bir neçə gün öncə də baş vermişdi. İki övladını pəncərədən atan ana daha sonra intihar edib. Hadisə nəticəsində qadın və 8 aylıq qızı ölmüş, 3 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilmişdi.