azadses.az » Hadisə » Qusarda yeni ata olan hərbçi dəm qazının qurbanı oldu

Qusarda yeni ata olan hərbçi dəm qazının qurbanı oldu

31 yaşlı Tural Əliyevin meyiti hamamdan tapılıb
Qusarda hərbçi dəm qazından boğulub. Azadsəs-in məlumatına görə, ölən şəxs Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən hərbi hissəsinin əməkdaşıdır. 
Hadisə Qusar şəhərinin general Mahmud Əbilov küçəsi-16 ünvanında qeydə alınıb. Yanvarın 26-sı axşam saat 21.37-də hərbçi, 31 yaşlı Tural Mahruz oğlu Əliyevin kirayədə qaldığı evin həyətindəki hamamda meyiti tapılıb. Onun cansız bədənini iş yoldaşı Elməddin Tağıyev görüb. Dərhal hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hadisə yerinə Qusar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib və baxış keçirilib. Meyit daxili müayinədən keçirilib. Onun ilkin olaraq, hamamda dəm qazından boğularaq öldüyü bildirilir.
Mərhum Tural Əliyev Qusar şəhərində iki hərbçi yoldaşı ilə kirayədə qalırmış. Sumqayıt şəhərində anadan olmuş gizirin 2 aylıq qız uşağı var. Ailəsi Sumqayıt şəhərində yaşayır.
Hadisə yerində Qusar qaz istismarı idarəsinin əməkdaşları da işləyib, baxış zamanı "5 minutka" adlanan qızdırıcıdan çıxan zəhərli qazın bacadan geri qayıtması, bacanın yaxşı sovurmaması üzə çıxıb. 
Qeyd edək ki, Qusarda fərdi evlərdə tüstü bacalarının vaxtında təmizlənməməsi bu ay ikinci ölüm hadisəsinə səbəb olub. Yanvarın 12-də Samur qəsəbə sakini, 29 yaşlı Qafar İbrahimov yaşadığı evin həyətindəki yarım tikilidə dəm qazından boğularaq ölmüşdü. Onun evinin bacasında da quşlar yuva salmışdı. 
31 yaşlı hərbçi Tural Əliyevin dəm qazından boğulma faktını da Qusar rayon prokurorluğu araşdırır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qobustanda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb
  2. Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
  3. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  4. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  5. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  6. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  7. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  8. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  9. Bakıda yolu keçən qadını avtomobil vurub
  10. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib