Kiyevdə yaşayış binası vuruldu, yaralılar var - Fotolar
Rusiya silahlı qüvvələri axşam saatlarında Kiyevin Şevçenkovski rayonunda yaşayış binasının aşağı mərtəbələrini raket atəşinə tutub.
"Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko Teleqram kanalında məlumat verib. O bildirib kİ, 3 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xilasedicilər və həkimlər hadisə yerində işləyir.
Daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda bildirib ki, Kiyevdə yaşayış evi işğal olunmuş Krımdan atılan qanadlı raketlərlə hücuma məruz qalıb.
Onun sözlərinə görə, paytaxta endirilən raket zərbəsi nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Geraşenko yaşayış binasına dəyən qanadlı raket mühərrikinin fotosunu da nümayiş etdirib.
"Bu, Rusiyanın qanadlı raketinin mühərrikidir. Hələ də istidir... O, öyrənilməsi üçün raket mütəxəssislərimizə təhvil veriləcək", - deyə nazirin müşaviri əlavə edib.