Rusiya hərbçiləri Melitopol merini qaçırdılar - Video
![](/uploads/posts/2022-03/medium/1647026734_mer.jpg)
“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz teleqram kanalında məlumat verib.
"Oğurlanma zamanı onun başına polietilen torba keçiriblər. Düşmənlər onu şəhər böhran mərkəzində saxlayıblar", - onun məlumatında deyilir.
Bundan əvvəl Melitopol meri İvan Fedorov Rusiya hərbçilərinin işğal etdiyi şəhərin humanitar fəlakət astanasında olduğunu bildirmişdi.