Odessaya raket hücumu - Komendant saatı elan edildi
- 9-04-2022, 08:43
- Dünya
Ukraynanın Odessa şəhərinin yaxınlığı raket hücumuna məruz qalıb.
"Azadsəs.az"ın xəbərinə görə, bu barədə Odessa vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko teleqram səhifəsində məlumat verib.
“Bu gün düşmən Odessa yaxınlığında raket zərbəsi endirib. Xoşbəxtlikdən itki olmayıb”, - deyə Marçenko bildirib.
Qeyd olunur ki, cümə axşamı gecə Rusiya hərbçiləri Odessa vilayətinin Krasnoselka kəndinə “Bastion” sahil raket kompleksindən zərbə endirib. Nəticədə ölən və yaralananlar olub, infrastruktur obyektləri zədələnib.
Onun sözlərinə görə, Odessaya yeni raket hücumu təhlükəsi səbəbindən Odessa vilayətində iki sutkalıq komendant saatı tətbiq edilir. Aprelin 9-u saat 21:00-dan aprelin 11-i saat 06:00-dək komendant saatı elan olunub.