Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında bıçaqladı
![](/uploads/posts/2022-04/medium/1650284801_xest.jpg)
“Azadsəs.az”ın məlumatına görə, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.
Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.
Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.
Araşdırmalar davam etdirilir.