Övladını və yoldaşını itirən qadın özünü körpüdən ataraq öldürdü
Bir neçə gün əvvəl özünü körpüdən atan qadın xəstəxanada ölüb.
"Azadsəs.az"ın məlumatına görə, hadisə fevralın 14-də şəhərin Nizami Gəncəvi prospektində, Gəncəçay üzərində olan körpüdə baş verib. Şəhər sakini, 1971-ci il təvəllüdlü Vəfa Əliyeva körpüdən özünü ataraq intihara cəhd edib. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, V.Əliyeva ötən gecə xəstəxanada vəfat edib.
***
İlkin məlumata görə, V.Əliyevanın bir neçə il əvvəl övladı dünyasını dəyişib. Ondan əvvəl isə həyat yoldaşı ölüb. Onun bu səbəbdən özünü öldürmək istədiyi bildirilir.