Sumqayıtda kişi intihara cəhd edib
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən yataqxanada baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü S.Qurbanov yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. Hadisə barədə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTYX) müraciət daxil olub.
Şəxsin vəziyyəti ağır olduğundan onu paytaxtdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriblər.
Xatırladaq ki, bu gecə Sumqayıtın 17-ci mikrorayonu, ev 45-də intihar hadisəsi qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü K.Misirli yaşadığı doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsinin eyvanından özünü ataraq intihar edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli