Gənc müəllim vəfat etdi
Naxçıvan Dövlət Universitetinin gənc müəllimi, 31 yaşlı İsmayıl İsmayıllı vəfat edib.
“Azadsəs.az”ın məlumatına görə, onun ötən gün axşam dəm qazından zəhərləndiyi və bu səbəbdən öldüyü bildirilir.
İ. İsmayıllı Ordubadın Nüsnüs kəndində anadan olub. O, ixtisasca memar olub və universitetin memarlıq fakültəsində müəllim işləyib. Gənc müəllim subay olub.
Müəllimin vəfat etdiyini universitetin memarlıq fakültəsindən saytımıza təsdiqləyiblər.
***
Tanınmış jurnalist Cavid İsmayıl da İsmayıl İsmayıllı ilə bağlı məlumat paylaşıb: "Əmim nəvəsi İsmayıl İsmayıllıni itirdik. O, Naxçıvan Dövlət Universitetinin müəllimi, istedadlı memar və rəssam, 2021-ci il Gənclər üçün Prezident mükafatçısı idi. Təxminən on il əvvəl böyrək çatışmazlığı problemi ilə üzləşmiş, atasının böyrəyi ona köçürülmüşdü. Biz onun toy xəbərini gözləyərkən ölüm xəbərini aldıq".