Rüşvət yığan icra başçısını bu şəxs əvəz edəcək SƏRƏNCAM
- 5-03-2020, 13:21
- Siyasət
DTX-nın iş otağında əməliyyat keçirdiyi Neftçala rayon icra başçısı İsmayıl Vəliyevin yerinə təyinat olub. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı 6 nəfər saxlanılıb. Onlar aşağıdakılardır:
İsmayıl Vəliyev
Vurğun Əkbərov,
Anar Cəfərov,
Vüqar Nağıyev,
Mərkəzi Xəstəxananın baş həkimi Telman Zahidov
Təhsil şöbəsinin müdiri Əjdər Kərimov
İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.