Bakıda dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı olub?
- 8-01-2022, 21:43
- Hadisə
Bakıda 21 yaşlı gənc dəm qazından boğularaq vəfat edib.
“Azadsəs.az” xəbər verir ki, Məhərrəm Muxtarov bu gün doğulduğu Zaqatala rayonu, Əliabad qəsəbəsində dəfn edilib.
Məlumata görə, o, Bakıya işləmək üçün gəlibmiş. Sosial şəbəkələrdə və mətbuatda Məhərrəmin Vətən müharibəsi iştirakçısı olması ilə bağlı xəbər yayılsa da, Əliabad Bələdiyyəsindən “Qafqazinfo”ya məlumat təsdiqlənməyib.
Bildirilib ki, vəfat edən gənc Vətən müharibəsi zamanı hərbi xidmətdə olsa da, onun adı döyüş iştirakçılarının siyahısında yoxdur.
Qeyd edək ki, M. Muxtarov evin tək oğlan övladı olub.