Məhkəmə sədri vəfat etdi
- 20-12-2021, 18:37
- Cəmiyyət
Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov vəfat edib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Məhkəmə Hakimləri İctimai Assosiasiyasının mətbuat katibi Kəramət Əliyev məlumat verib. Mərhumun bu gün koronavirusdan müalicə aldığı xəstəxanada öldüyü bildirilir.
Məlumatı Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, T.Mahmudov müxtəlif illərdə Nəsimi Rayon Məhkəməsinin və Ali Məhkəmənin hakimi işləyib. 2015-2021-ci illərdə isə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri idi.
Xatırladaq ki, Tapdıq Mahmudov illər öncə ailəsində törədilmiş cinayətlə bağlı gündəmə gəlmişdi. Belə ki, onun həyat yoldaşı Natavan Mahmudova 2010-cu ildə yaşadığı evdə başqa bir qadın tərəfindən qətlə yetirilmiş, cinayəti törətməkdə şübhəli bilinən Xalidə Əhmədova həbs edilmişdi. Dindirilmə zamanı X.Əhmədova pul məsələsi üçün N.Mahmudovanın evinə gəldiyini, aralarında mübahisə yarandığını, bu zaman yastığı qadının ağzına sıxaraq onu boğduğunu etiraf etmişdi.