Koronavirusa ikinci dəfə yoluxmaq daha təhlükəli ola bilər
- 5-11-2020, 10:28
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, virusoloq qeyd edib ki, koronavirusa qarşı əsas təbii müdafiə insanın öz immunitetidir:
“İlk yoluxmadan sonra bədən özü ilə COVID-19 arasındakı baryeri gücləndirə bilər, lakin bu həmişə belə olmur. Xəstələnmiş insanlar diqqətli olmalı və digərləri kimi təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.
Professor qeyd edib ki, təkrar yoluxma prinsip etibarı ilə mümkündür, hətta xəstəlik birinci yoluxmadan daha şiddətli formada keçə bilər.
A.Altşteyn bildirib ki, artıq ilk yoluxmadan sonra infeksiyaya təkrar yoluxmanı müəyyən etmək olar və immunitetin ilk reaksiyasına əsasən, bu barədə növbəti proqnoz verilməsi mümkündür.
“Əgər ilk yoluxma zamanı xəstəlik özünü zəif göstəribsə və asimptomatik keçibsə, onda insan təkrar xəstələnə bilər”, - deyə A.Altşteyn qeyd edib.