azadses.az » Siyasət » Gürcüstan Azərbaycan TIR-larının cərimələrini ləğv etdi

Gürcüstan Azərbaycan TIR-larının cərimələrini ləğv etdi

"Gürcüstan ərazisində qalan Azərbayacan daşıyıcılarına yazılan cərimələr ləğv edilib". Bunu bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, ötən həftə Gürcüstan ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi çərçivəsində Gürcüstan Hökuməti tərəfindən ölkə ərazisinə daxil olan xarici yük avtonəqliyyat vasitələrinin tranzit keçidinə 24 saat, yük gətirən və ya yük aparmaqla daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin ölkə ərazisini tərk etməsi üçün 48 saatlıq limit tətbiq edilib.
Həmin müddətdə ölkə ərazisini tərk etməyən xarici daşıyıcılara münasibətdə hər avtonəqliyyat vasitəsi üçün 3000 lari (təxminən 1100 ABŞ dolları) dəyərində cərimə tətbiq olunması nəzərdə tutulurdu.
"Bununla bağlı olaraq Gürcüstan ərazisinə yük daşımalarını həyata keçirən Azərbaycan daşıyıcıları tərəfindən bizə müraciət olundu. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlara başlanıldı. İzah olundu ki, Azərbaycan daşıyıcıları əsasən Gürcüstanın Poti limanından yük aparıb və oradan yük gətirdiyi üçün, bir istiqamətdə bu məsafə 500 km-dən artıq olduğundan, həmçinin yükləmə və boşaltma işlərinə də əlavə vaxt tələb olunduğundan həmin daşımalara təyin olunmuş 48 saat kifayət etmir. Bu səbəbdən də təyin olunan müddətə Azərbaycan daşıyıcılarına münasibətdə yenidən baxılması zərurəti yaranıb.
Nəticədə Azərbaycan İqtisadiyyat Nazirliyi və Gürcüstanın İnfrastruktur və Dayanıqlı İnkişaf Nazirliyi ilə müzakirələrdən sonra Azərbaycanla bağlı yükdaşımalarının xüsusiyyətləri nəzərə alınaraq bu məsələyə yenidən baxıldı və göstərilən müddət 7 gün olmaqla uzadılması barədə qərar qəbul olundu.
Eyni zamanda Gürcüstan ərazisində qalan yerli daşıyıcılarımıza məxsus avtonəqliyyat vasitələrinə rəsmiləşdirilmiş cərimələr ləğv edildi.
Bu həssas dönəmdə Gürcüstan Hökumətinin etdiyi bu köməyə görə onlara təşəkkür edirik və daşımalar sahəsindəki əməkdaşlıqda bu cür anlayış faktorunu yüksək qiymətləndirdiyimizi xüsusi vurğulamaq istəyirik. Qeyd olunan müddətin uzadılması ilə bağlı arqumentlərimizi nəzərə alaraq qonşu dövlətin aidiyyəti qurumları tərəfindən göstərilən özəl dəstəyə görə minnətdarlığımızı bildiririk".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Biləsuvarda yolu keçən 4 yaşlı uşağı avtomobil vurub
  2. Naxçıvanda yol qəzası olub, yaralı Bakıya gətirilib
  3. Bakıda 30 yaşlı qadın yol qəzasında xəsarət alıb
  4. Bakıda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Binəqədidə avtomobillər toqquşub, yaralanan var
  6. Bakıda 20 yaşlı gənc yol qəzasında xəsarət alıb
  7. Goranboyda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
  8. Bakıda 64 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  9. Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb
  10. Suraxanıda qadın sürücü qəzaya düşərək xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 102 120 məzun üçün “Son zəng” çalınacaq
Bu gün 102 120 məzun üçün “Son zəng” çalınacaq
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. “Report” xəbər verir ki, 2023-2024-cü tədris Ətraflı
Tədqiqat: Kosmik tullantılar Yerin ozon qatını məhv edə bilər
Tədqiqat: Kosmik tullantılar Yerin ozon qatını məhv edə bilər
Cənubi Kaliforniya Universitetinin amerikalı alimləri belə qənaətə gəliblər ki, kosmik tullantılar Yerin ozon təbəqəsini məhv Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”