Komissar: Moldova əcnəbilərə torpaq satışına qoyulan qadağanı ləğv etməli olacaq
- 8-10-2024, 12:10
- Dünya
Moldova Avropa İttifaqına qoşulacağı təqdirdə təşkilatın ümumi qaydalarına, o cümlədən torpaq mülkiyyətinə riayət etməli olacaq.
“Report” xəbər verir ki, bunu “ZdG” informasiya portalına müsahibəsində Avropa İttifaqının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski deyib.
Avropa rəsmisi eyni zamanda qeyd edib ki, bir sıra ölkələr üçün bu məsələdə keçid dövrü olub:
“Bundan əlavə, torpaq sahibləri üçün öz tələblərinizi təyin etmək mümkündür. Lakin bir problem var: təşkilata daxil olduqdan sonra Moldova vətəndaşları digər Aİ vətəndaşları ilə eyni qaydalara tabe olmalıdırlar, çünki söhbət kapitalın və xidmətlərin sərbəst hərəkətindən gedir”.