Qazaxıstanda əkin ərazilərinin xaricilərə satılması və icarəsi qadağan ediləcək
- 26-02-2021, 10:00
- İqtisadiyyat
Bu barədə “Sputnik Qazaxıstan” xəbər yayır.
Tokayevin sözlərinə görə, torpaq məsələsi respublika vətəndaşları üçün çox vacib məsələdir:
“Torpaq dövlətçiliyimizin rəmzidir. Bir neçə dəfə demişəm ki, ərazilər xaricilərə satılmır. Buna görə də kənd təsərrüfatı torpaqlarının xaricilərə və xarici hüquqi şəxslərə satılması, icarəyə verilməsinin qanuni olaraq qadağan olunmasını tapşırıram. Bu, həm də istehlakçı hüququ olan əcnəbilərə aiddir”.
O, bu tədbirlərin prezident administrasiyasının köməyi ilə həyata keçirilməli olduğunu da əlavə edib.