İcra başçısının eyni torpağı iki nəfərə satmasına təkrar baxılacaq
- 4-08-2020, 08:11
- Manset
Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsini iki nəfərə verməsi haqda sərəncamı ilə bağlı işə Ali Məhkəmədə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermer Validə Məmmədovaya verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb.
Belə ki, İ.Nehrəmlinin Saatlıda icarəyə götürdüyü 30 hektar torpaq sahəsi 2000-ci ildə ovaxtkı icra başçısı Gülhüseyn Əhmədovun sərəncamı ilə ailə-kəndli təsərrüfatı ilə məşğul olmaq üçün kənd sakini, 79 yaşlı Validə Məmmədovaya ayrılıb. 2009-cu ildə yeni başçı Siraqəddin Cabbarov həmin torpaq sahəsinin 15 il müddətinə, yəni 2024-cü ilədək istifadə edilməsi üçün V.Məmmədova ilə icarə müqaviləsi bağlayıb. Lakin S.Cabbarov 2018-ci ildə həmin torpağı növbəti sərəncamı ilə İbrahim Nehrəmliyə verib.