Moldovanın müdafiə naziri ölkəsinin Ukraynaya hərbi yardım göndərmədiyini açıqlayıb
- 20-04-2023, 14:21
- Dünya
Moldovanın müdafiə naziri Anatoli Nosatı ölkəsinin Ukraynaya sovet növü hərbi texnikasının göndərdiyinə dair KİV-də yayılan məlumatı yalanlayıb.
“Report” xəbər verir ki, bu barədə müdafiə qurumunun rəhbəri “TVR Moldova” telekanalına müsahibəsində bildirib.
“Neytrallıq statusunu nəzərə alaraq, Moldova Ukraynaya hərbi texnika, ehtiyat hissələr və digər hərbi yardım çatdırmayıb. Biz ora yalnız humanitar yardım yollamışıq”, - müdafiə naziri vurğulayıb.
Xatırladaq ki, daha öncə rəsmi Kiyev Kişineunu ölkənin satışa çıxardığı 6 ədəd “MİQ-29” təyyarəsinin ötürülməsi imkanını nəzərdən keçirməyi istəyib, lakin rədd cavabı alıb. Eyni zamanda, Nosatı qeyd edib ki, Moldova hərbçiləri müharibə bitdikdən sonra ərazilərin minalardan təmizlənməsində Ukraynaya kömək etməyə hazırdır.