azadses.az » Cəmiyyət » Kənd Təsərrüfatı Nazirliyi: “Azad edilmiş ərazilərdə bu il əsasən taxıl əkilib”

Kənd Təsərrüfatı Nazirliyi: “Azad edilmiş ərazilərdə bu il əsasən taxıl əkilib”

Azərbaycanın azad olunan ərazilərində bu il 50 min hektar sahədə aparılmış əkinlərin əsasını taxıl əkinləri təşkil edir və bu sahələrdən yüksək məhsuldarlıq gözlənilir.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin böyük potensialı var:

“Bu gün azad edilmiş ərazilərdə 50 min hektarlıq sahədə aparılan əkinlər əsasən taxıl əkinləridir, buğda və arpa təşkil edir. Əkinlər dəmyə şəraitində aparılır. Növbəti mərhələdə suvarılan sahələrə transfer edilməsi planlaşdırılır. Bu da məhsuldarlığın dəfələrlə artmasına səbəb olacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların potensialının öyrənilməsinə başlanılıb:

“Potensial öyrənildikdən sonra hər rayondan asılı olaraq əkin sahələrin hansı istiqamət üzrə aparılması müəyyənləşdirilib. Konseptual layihələr hazırlanıb, hökumətə təqdim edilib. Eyni zamanda, praktiki işlərə də başlanılıb. Bu işlərin başlanğıcında minatəmizləmə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi öndə dururdu. Biz aidiyyəti qurumlarla birgə təhlükəsiz ərazilərin seçilməsinə başladıq. Qələbənin əldə edildiyi il 2020-ci ildə əkin vaxtı keçmişdi, lakin simvolik olaraq biz əkinlərimizi apardıq. Buna praktiki yanaşma baxımdan etdik”.

F.Tağıyevin sözlərinə görə, həmin torpaqların potensialına uyğun bu il bütün aqrotexniki qaydalara uyğun qulluq edilməklə əkinlər həyata keçirilib:

“Əkinlərin monitorinqi göstərir ki, Qarabağın torpaqlarından yüksək məhsuldarlıq gözlənilir. Burada regiondan asılı olaraq fərqli yanaşma var. Düşmənlərimiz tərəfindən torpaqlarımız kortəbii istifadə edilib. Bu isə torpaq resurslarının çirklənməsinə səbəb olub. Qarşımızda duran məsələlər həmin torpaq resurslarının münbitliyinin geri qaytarılması ilə daha məhsuldar əkinlərin aparılmasıdır”.

O vurğulayıb ki, Həkəri çayı üzərində su anbarları qurulacaq, bunlar da daha yüksək məhsuldarlıq əldə edəcəyimizə qarantiya verir:

“Biz daha yüksək məhsuldarlığı bu layihələrdən sonra əldə edəcəyik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı