HƏMAS və İsrail arasında atəşkəs mayın 21-də qüvvəyə minə bilər
Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs mayın 21-də qüvvəyə minə bilər.
Bu barədə “The Wall Street Journal” amerikalı və xarici mənbələrə istinadən xəbər yayıb.
Bildirilir ki, Misir hakimiyyəti HƏMAS ilə danışıqlarda irəliləyiş əldə edib. Eyni zamanda, qeyd edilir ki, Yəhudi dövlətinin səlahiyyətliləri İsrail hərbi rəhbərliyinin nümayəndələri ilə şəxsi söhbətlərində “hədəflərinə çatmağa yaxınlaşdıqlarını” etiraf edirlər.
ABŞ prezidenti Co Bayden rəhbərliyi də atəşkəsin bu həftə qüvvəyə minəcəyi qənaətindədir.