İsrail Ordusu Qəzza zolağı sakinlərinə xəbərdarlıq edib
İsrail Ordusu “HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları ilə bağlı Qəzza zolağı sakinlərinə evlərini tərk etməyə çağırıb.
“Report” xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Adrai bildirib.
Onun sözlərinə görə, “HƏMAS”ın əməliyyatları İsrail Silahlı Qüvvələrini Qəzza ərazisində əməliyyatlar keçirməyə məcbur edir: “Təhlükəsizliyiniz üçün dərhal yaşayış yerinizi tərk etməlisiniz”.
Bundan əvvəl, İsrailin Baş naziri Benyamin Netanyahu da mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və “HƏMAS”ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.