Pakistan Ali Məhkəməsi parlamentin buraxılması qərarını ləğv etdi
Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə yerli “Geo-TV” kanalı məlumat yayıb.
Milli Assambleya aprelin 3-də Baş nazirin müraciətindən sonra Prezident Arif Alvinin qərarı ilə buraxılıb.
Baş hakimlər, həmçinin, Milli Assambleyaya Baş nazir İmran Xana etimadsızlıq səsverməsi ilə bağlı şənbə günü (9 aprel) iclas çağırmağı tapşırıblar.
Qeyd edək ki, Prezident Arif Alvi Baş nazirin təklifi ilə bazar günü Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxıb. Bu, müxalifətin 2018-ci ildə hakimiyyətə gələn Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə, eləcə də, korrupsiyada ittiham edərək, Baş nazirə etimadsızlıq elan etmək cəhdinə başlamasından sonra baş verib.