Şimali Makedoniyadakı parlament seçkilərində müxalifət öndədir
- 9-05-2024, 09:40
- Dünya
Ölkənin ən böyük müxalif partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birliyinin Demokrati Partiyası”nın başçılıq etdiyi “Sənin Makedoniyan” koalisiyası mayın 8-də keçirilmiş parlament seçkilərində bülletenlərin 98,13 %-nin emalından sonra 43,23 % səs toplayıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyasının verilənlərindən məlum olub.
İkinci yeri “Makedoniya Sosial Demokrat İttifaqı”nın (15,31 %) rəhbərlik etdiyi “Avropa gələcəyi naminə” siyasi birliyi, üçüncü yeri İnteqrasiya uğrunda Demokratik İttifaqın başçılıq etdiyi “Avropa cəbhəsi” (13,87 %), dördüncü yerdə Albaniyanın “VLEN” müxalifət koalisiyası (10,91 %) qərarlaşıb. “Levitsa” partiyası 6,77 %, “ZNAM” hərəkatı 5,47 % səslə kifayətlənib.
Digər partiyaların namizədlərinə seçicilərin 1 %-dən az hissəsi səs verib.