Los Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
- 20-01-2024, 10:28
- Dünya
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı “1990-cı ilin qara yanvarı: Azərbaycanın azadlığa gedən yolu“ adlı anım mərasimi keçirilib. Mərasimdə Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, Los Ancelesdəki konsulluq korpusunun nümayəndələri, elm və mədəniyyət xadimləri, dost icmaların rəhbərləri və icma üzvləri, yerli universitetlərin professorları, Azərbaycan icmasının üzvləri və digərləri iştirak ediblər.
Baş Konsulluqdan "Report"a bildirilib ki, mərasim iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Ramil Qurbanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Çıxışın ardınca faciə ilə bağlı Baş Konsulluq tərəfindən hazırlanmış qısa film nümayiş olunub.
Daha sonra Bakıda doğulan məhşur violonçel ifaçısı Ruslan Biryukov çıxış edərək, Qara Yanvar faciəsi, həmin dövrdə Bakıda yaşayan ailəsi ilə birgə şahid olduğu hadisələr və baş verənlər barədə acı xatirələrini bölüşüb.
Tədbirin davamında Ruslan Biryukov və pianoçu Valeriya Morqovskayanın ifasında Fikrət Əmirovun “Poema monoloq”, Qabriel Furenin “Yuxudan sonra” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsərləri səsləndirilib.
Sonda tədbir iştirakçıları faciəni əks etdirən foto-sərgi ilə tanış olublar. Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.