azadses.az » Dünya » Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb

Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Üzeyir Hacıbəylinin 18 sentyabr doğum günü münasibətilə dahi bəstəkara həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan verilən məlumata görə, filmdə Ü.Hacıbəylinin 1885-ci ildə Qarabağda anadan olduğu və Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində boya-başa çatdığı qeyd olunur.

Onun məhz Şuşada muğam musiqisini öyrəndiyi və gələcək bəstələrində bundan istifadə etdiyi vurğulanır. 1908-ci ildə o zaman 23 yaşı olan Ü.Hacıbəylinin müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının Bakıda səhnəyə qoyulduğu diqqətə çatdırılır.

Ü.Hacıbəylinin 1913-cü ildə ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettasının qadın hüquq və azadlıqlarını ön plana çəkərək təbliğ etdiyi və digər ölkələrdə də geniş rəğbət qazandığı bildirilir.

Həmçinin Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illərdəki qısamüddətli fəaliyyəti dövründə Ü.Hacıbəylinin Azərbaycanın müstəqilliyinin ən böyük tərəfdarlarından olduğu vurğulanır. Onun müstəqil Azərbaycanın Dövlət Himnini bəstələdiyi qeyd olunur. Filmdə Ü.Hacıbəylinin 1920-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyduğu və ölkəmizin ən görkəmli bəstəkarlarını yetişdirdiyi bildirilir. Bu səpkidə həmin dövrə aid nadir şəkillər rəngli formatda nümayiş etdirilir.

1945-ci ildə “Arşın mal alan” operettasının əsasında ilk filmin hazırlandığı, daha sonra bu filmin 86 dilə tərcümə olunaraq 136 ölkədə nümayiş etdirildiyi diqqətə çatdırılır. Heydər Əliyev Fondu tərəfindən rəngli formatda bərpa edilən “Arşın mal alan” filminin 2015-ci ildə Hollivudda premyerasının keçirildiyi, “Arşın mal alan” operettasının isə ABŞ-da tarixdə ən böyük nümayişinin 2013-cü ildə Los-Ancelesdə baş tutduğu qeyd olunur. 2015-ci ildə Los-Anceles merinin 18 sentyabr tarixini bu şəhərdə Ü.Hacıbəylinin anım günü kimi elan etməsi əks olunur və bununla bağlı imzalanmış bəyannamə nümayiş etdirilir. 2013-cü ildə Google şirkəti tərəfindən Ü.Hacıbəylinin doğum gününün qeyd olunduğu vurğulanır.

Filmdə Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal etdiyi, Ü.Hacıbəylinin ev muzeyini və abidələrini talan edərək dağıtdığı bildirilir. 2020-ci ildə Azərbaycanın Şuşanı işğaldan azad etdiyi, Ü.Hacıbəylinin abidələrini şəhərə geri qaytardığı və hazırda onun ev muzeyinin bərpa olunduğu diqqətə çatdırılır. Sonda Ü.Hacıbəylinin möhtəşəm irsinin Azərbaycanda və ölkəmizin hüdudları xaricində daim yaşadığı vurğulanır.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los-Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 27 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı