İsrail HƏMAS-ın hava qüvvələrinin rəhbərini məhv edib
- 28-10-2023, 15:30
- Dünya
İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı məhv edib.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, o, dron hücumlarına və hava hücumundan müdafiəyə cavabdeh olub.
“O, oktyabrın 7-də Qəzza zolağı ətrafında icmaların qırğınının planlaşdırılmasında iştirak edib. O, İsrailə daxil olan yaraqlılara rəhbərlik edib və İsrail Ordusunun postlarına pilotsuz təyyarələrin hücumuna görə məsuliyyət daşıyıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.