Главная > Dünya > İsrail HƏMAS-ın hava qüvvələrinin rəhbərini məhv edib
İsrail HƏMAS-ın hava qüvvələrinin rəhbərini məhv edib28-10-2023, 15:30. Разместил: azadses |
İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı məhv edib. “Report” “Kommersant”a istinadən xəbər verir ki, o, dron hücumlarına və hava hücumundan müdafiəyə cavabdeh olub. “O, oktyabrın 7-də Qəzza zolağı ətrafında icmaların qırğınının planlaşdırılmasında iştirak edib. O, İsrailə daxil olan yaraqlılara rəhbərlik edib və İsrail Ordusunun postlarına pilotsuz təyyarələrin hücumuna görə məsuliyyət daşıyıb”, - məlumatda bildirilib. Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir. Вернуться назад |