İsrail Qəzza zolağına zərbələr endirib
![İsrail Qəzza zolağına zərbələr endirib](/uploads/posts/2023-04/fotojet-2023-04-05t084013_734.jpg)
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib.
Zərbələr çərşənbə günü Qəzza zolağından İsrailə 9 raket atılmasından sonra baş verib.
Onlardan biri Sderot şəhərinin sənaye zonasındakı fabrikə düşüb.
Bundan əvvəl Qüdsdəki Əl-Əqsa məscidində İsrail polisi ilə toqquşmalarda 100-ə yaxın fələstinlinin yaralandığı məlum olub.