Litva Seyminin sədri: “NATO ölkələrinin parlamentləri Ukraynanı Alyansın üzvləri sırasında görür”
- 4-06-2023, 11:31
- Dünya
Litvada toplaşan NATO-ya üzv ölkələrin parlamentlərinin nümayəndələri gələcəkdə Ukraynanın Alyansa daxil olmasının tərəfdarıdırlar.
“Report” LRT-yə istinadən xəbər verir ki, bu barədə Litva Seyminin sədri Viktoriya Çmilite-Nilsen deyib.
O, Ukraynanın “mümkün qədər tez” NATO üzvü olacağına ümid etdiyini bildirib.
Çmilite-Nilsenin sözlərinə görə, Alyansa üzv ölkələrin və İsveç parlamentlərinin rəhbərləri hesab edirlər ki, onların ölkələri müdafiə sistemi üçün maliyyəni artırmalı, həmçinin Ukraynanı NATO-ya qəbul etməlidir.
“Əslində, ayrı-ayrı ölkələrin müdafiə maliyyəsini artırmaq lazım olduğuna dair razılıq var və Ukraynanın NATO-ya üzvlük məsələsində çıxış edənlərin, demək olar ki, hamısı bu ölkəni NATO-nun üzvü kimi görür. Ümid edirik ki, bu, mümkün qədər tez bir zamanda baş verəcək”, - o qeyd edib.