NATO Rusiya ilə razılaşmanın müddəalarına əməl etməkdən imtina edib
Şimali Atlantika Alyansı 1997-ci il NATO-Rusiya Təsis Aktının müddəalarına əməl etməkdən imtina edir. Bu barədə NATO Hərbi Komitəsinin sədri Rob Bauer bildirib.
Bauer qeyd edib ki, bu müqavilə öz planlarının həyata keçirilməsində alyansın “qarşısını ala bilməyəcək”. “Hazırda siyasi müstəvidə ümumi rəy ondan ibarətdir ki, biz razılaşmanı ləğv etmirik, lakin bu, bizim tərəfimizdən lazımi addımların atılmasına mane olmayacaq” – deyə hərbi komandir vurğulayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Qərb ölkələri keçmiş SSRİ dövlətlərinin ərazisində hərbi obyektlərin yaradılmasından imtina etməlidirlər. O qeyd etmişdi ki, NATO-nun hərbi potensialı və infrastrukturunun Rusiya-NATO-nun təsis aktının imzalandığı 1997-ci ildəki vəziyyətə qaytarılması vacibdir.
Aktın əsas məqamlarından biri NATO-nun akt imzalandıqdan sonra alyansa daxil olacaq ölkələrin ərazisində nüvə silahı yerləşdirilməsindən, habelə bu ölkələrin ərazisində nüvə silahı saxlamaq üçün obyektlərin tikintisindən imtina etməsidir. Bundan əlavə, razılaşmaya əsasən, Rusiya və NATO öz sərhədlərində əhəmiyyətli həcmdə silah yerləşdirilməsindən imtina etməlidirlər.